Bakıda iki məktəbli yoxa çıxdı

Bakıda iki məktəbli yoxa çıxdı
Fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi - Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.
Trend-ə istinadən xəbər verir ki, Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib. Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.
Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qyed ediblər".
Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...