Bakıda iki bina təcili sökülür - Video

Bakıda iki bina təcili sökülür - Video
Yasamal rayonu 5 mərtəbə kimi tanınan ərazidəki iki yaşayış binasının sökülməsinə qərar verilib.
Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, buna səbəb binaların qəzalı vəziyyətdə olmasıdır. Yasamal rayon Icra Hakimiyyəti tərəfindən bina sakinlərinə bildirişlər göndərilib. Bildiriş də qeyd olunub ki, binalar 1 həftə ərzində boşaldılmalıdır. İcra hakimiyyətindən sakinlərə ödəniləcək kompensasiyanın məbləği də açıqlanıb.
Yasamal rayonunda iki yaşayış binası təcili söküləcək. Mirzağa Əliyev küçəsində 150 və 152 saylı binaların sakinlərinə rayon İcra Hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib. Çünki, binalar son dərəcə qəzalıdır və sökülməsinə zərurət yaranıb.
Bildirişdə o da qeyd olunub ki, sakinlər ödəniləcək kompensasiyaya görə 42 saylı Mənzil istismar sahəsinə müraciət etsinlər
Yasamal rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov deyir ki, həmin binalar 2011-ci ildən qəzalı hesab edilir. Onun sözlərinə görə, binaların sakinlərinə mənzilin hər kvadrat metrinə 1500 manat pul ödəniləcək
Eyvaz Bağırov bildirib ki, yaşayış binasının 1 həftə ərzində boşaldılması nəzərdə tutulub.
 


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...