Bakıda iki avtobusun toqquşması zamanı xəsarət alanların - Adları

Bakıda iki avtobusun toqquşması zamanı xəsarət alanların - Adları
Bakının Sabunçu rayonunda iki avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fəaliyyət göstərən 106 və 214 saylı marşrut avtobusları toqquşub. Nəticədə 9 nəfər - 1950-ci il təvəllüdlü Məmmədova Rəna Şükür qızı, 1959-cu il təvəllüdlü Məmmədova Mülayim Tanrıverdi qızı, 1960-cı il təvəllüdlü Əliyeva Həqiqət Səməd qızı, 1966-cı il təvəllüdlü Ağayeva Təranə Sahib qızı, 1967-ci il təvəllüdlü Əhmədova Kəmalə Əjdər qızı, 1973-ci il təvəllüdlü Abbasova Yasəmən Əşrəf qızı, 1974-cü il təvəllüdlü Arixova Bahar Rəfi qızı, 55 yaşlı Novruzova Şəlalə Qüdrət qızı və 1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 

R.Məmmədovaya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəsarət alan digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...