Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
 

Oktyabrın 2-dən 6-dək Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək. 

Festivalın direktoru İmam Həsənovun APA-ya verdiyi məlumata görə, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. O qeyd edib ki, filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır: "138 qısametrajlı filmin isə 22-i yerli istehsaldır. Sevindirici haldır ki, bu il Cənubi Amerikadan tutmuş, Kanada, hətta Yaponiyadan filmlər daxil olub. Təəssüf ki, yerli filmlərin çoxu qeyri-professional olduğundan müsabiqəyə daxil ola bilməyib. Bundan başqa, artıq 3-cü dəfə keçirilən DokuBaku Festivalına hələ yerli tammetrajlı filmlə müraciət edən olmayıb”. 

Onun sözlərinə görə, festivalın əsas proqramına daxil olan filmlər "Ən yaxşı tammetrajlı sənədli film”, "Ən yaxşı qısametrajlı sənədli film”, "Special Jury Mention” kateqoriyalarında yarışacaqlar: "Bundan əlavə, tamaşaçıların səsverməsi əsasında "Tamaşaçı rəğbəti mükafatı” da təqdim ediləcək”.

 

İ.Həsənov Münsiflər heyətinin yerli və əcnəbi olmaqla iki tərkibdən ibarət olduğunu açıqlayıb: "Münsiflər heyətinə Georg Seesslen, Heleen Gerritsen, Tinay Muşdiyeva, Paşa Təbrizli, İradə Bağırzadə, Mirbağır İsmayılov kimi kino nümayəndələri daxildir. Müsabiqə proqramına daxil olmuş filmlərə beynəlxalq və yerli münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 6-da, festivalının bağlanış mərasimində elan olunacaq”. 


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...