Bakıda icazəsiz aksiyaya cəhd: SAXLANILANLAR VAR

Bakıda icazəsiz aksiyaya cəhd: SAXLANILANLAR VAR

 


Bakının mərkəzindəki icazəsiz mitinq zamanı gənc fəallar Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıblar.


 

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri xəbər paylaşıblar.


 

Məlumata görə, onlar 39-cu polis bölməsinə aparılıblar.

 

 

* * *12:44

 

Bu dəqiqələrdə bir qrup adam Bakının Nizami ("Torqovı”) küçəsində icazəsiz mitinqə toplaşıb.


 

Virtualaz.org bildirir ki, toplaşanlar heç bir şüar səsləndirmirlər. Onlar sadəcə "Xəqani" ticarət mərkəzinin yanında dayanıblar və jurnalistlərlə ünsiyyət saxlamaqdan imtina edirlər.


 

Ancaq etiraz edənlərdən biri arada bildirib ki, onlar sosial şəbəkələrdəki çağırışa görə mitinqə toplaşıblar.


 

Hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları toplaşanları mühasirəyə alıblar.


 

Virtualaz.org şərh üçün Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib.


 

DİN rəsmisi qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları haqqında tezliklə informasiya təqdim edəcəyinə söz verib.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...