Bakıda I sinfə qəbulla bağlı bu məktəblərdə sıxlıq müşahidə olundu

Bakıda I sinfə qəbulla bağlı bu məktəblərdə sıxlıq müşahidə olundu
"Bakıda I sinfə qəbulla bağlı elektron sistemdə 35 minə yaxın sorğu yerləşdirilib".

Sfera.az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda valideynlər ərizələri çap edərək məktəblərə təqdim edirlər: "Əvvəlki illərdən fərqli olaraq, sənəd təqdim etmə mərhələsində uşaqların məktəbə getməyinə ehtiyac yoxdur. Çünki müsahibə mərhələsi iki ildir ləğv olunub".

Prosesin fevralın 22-dən sentyabrın 15-nə kimi davam edəcəyini xatırladan M. Vəliyeva valideynlərin I sinfə qəbulla bağlı şikayətlərinin nədən ibarət olduğunu da açıqlayıb: "Valideynlərin şikayətləri əsasən, ərazidəki məktəbdə yerlərin dolması, istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır. Valideynlər yaşamadıqları ərazidəki məktəbə də uşaqlarını qoymaq istəyirlər. Valideynlərə müraciət edərək bildirirəm ki, övladlarını yaşadıqları ərazidəki məktəblərə yerləşdirsinlər".

BŞTİ-nin müdiri qeyd edib ki, İdarənin tabeliyində I sinfə qəbulu həyata keçirən 300 məktəbdən 31-də sıxlıq müşahidə olunur: "Sıxlıq o məktəblərdə müşahidə olunur ki, orada ərizələrin sayı məktəbin yer sayından artıqdır".

Qeyd edək ki, Bakıda fevralın 22-dən I sinfə qəbul başlayıb. Gəncə, Sumqayıt və Abşeronda isə I sinfə elektron qəbul martın 12-dən başlayacaq.(APA)

 

OXŞAR XƏBƏRLƏR

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...