Bakıda həbs edilən aptek müdiri sabiq nazirin qohumu çıxdı - FOTO

Bakıda həbs edilən aptek müdiri sabiq nazirin qohumu çıxdı - FOTO

Bakıda bir neçə gün əvvəl həbs edilən dərman alverçisi ilə bağlı gizlin məqamlar üzə çıxıb.
 
 
Sfera.az bildirir ki, insanları zəhərləməklə qazanc əldə edən şəxsin keçmiş nazirin yaxın qohumu olduğu üzə çıxıb.
 

Tutulan şəxs Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən ''Çinar farm'' adı altında fəaliyyət göstərən aptekin sahibi Natiq İdris oğlu Qasımovdur. Həmin şəxsi tanınmış vəkil Aslan İsmayılov ötən il, iyunun 8-də videoçəkiliş apararaq ifşa edib. Vəkil həmin aptekdə Lirika, Tromodol , Tromol, Siklodol kimi dərmanların reseptsiz satıldığını bildirib və özü həmin aptekin qarşısında dayanaraq gizli çəkiliş aparıb, yüzlərlə gəncin həmin aptekdən qadağan olunmuş dərmanları aldığının şahidi olub.

Bir neçə hgün əvvəl isə Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat keçirildi və N.Qasonov saxlanıldı. Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.3.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi: güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri üzrə cinayət işi başlanıldı.

N.Qasımov sabiq Rabitə və İnformasiya Texnlogiyaları naziri Əli Abbasovun yaxın qohumudur. Xəbərlər var ki, o, qohumluq əlaqələrindən istifadə edərək həbsdən azad olunmağa çalışır. Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğuna sorğu göndərilib.Onlar araşdırmadan sonra cavab veriləcəyi bildiriblər.(Criminal.az)


DİGƏR XƏBƏRLƏR