Bakıda hamamda su yerinə qan axdı - VİDEO

Bakıda hamamda su yerinə qan axdı - VİDEO
Gecə saatlarında paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib.
 
Sfera.az xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində, "Pak hamam” adlanan obyektdə qeydə alınıb.

Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib. 

İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər.  

Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR