Bakıda gülməli qəza: Sürücünü şapalaqladılar – VİDEO

Bakıda gülməli qəza: Sürücünü şapalaqladılar – VİDEO

 

Bakıda qeyri-adi yol qəzası baş verib. 

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, piyadaların bir qədər ayıqlığı qəzanın ağırlığının qarşısını alıb. 

Hadisə Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınıb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü svetoforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir.

Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür.

Xoşbəxtlikdən piyadalar bir qədər ayıqlıq göstərərək qəzadan qismən yayına bilirlər. Piyadalar isə hirsini sürücüdən çıxaraq onu əlləri ilə vurmağa başlayırlar. Hətta, onlardan biri əlindəki yükü sürücünün başına çırpır.

Videoya diqqət etdikdə daha bir maraqlı məqam ortaya çıxır. Qarşı yolla hərəkət edən digər motosikletçi svetoforda iki piyadanın motosiklet sürücüsünü vurduğunu gördükdə, dərhal istiqaməti dəyişərək köməyə gəlir. O, dəbilqəsini çıxararaq mübahisə edənlərə yaxınlaşır.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...