Bakıda gül dükanı yandı
11:02 / 08.07.2019
3058
Bu gün səhər saatlarında Qara Qarayev prospekti, "Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə ilə bağlı əraziyə yanğınsöndürən və digər operativ nəqliyyat vasitələri cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var.
Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.