Bakıda güclü yanğın - YENİLƏNİB - FOTO

Bakıda güclü yanğın - YENİLƏNİB - FOTO

18:36

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində güclü yanğın baş verməsi barədə xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəsəbədə yanğın qamışlıq ərazidə baş verib və 500 kv.m sahəni əhatə edib.

"Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alaraq söndürüblər. Heç bir evə, şəxsi təsərrüfata və obyektə ziyan dəyməyib", - deyə bildirilib.

Qeyd edək ki, bəzi saytlar Kürdəxanı qəsəbəsində yanğının 6 evə ziyan vurduğu barədə məlumat yayıb.

-----------

17:06

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dəhşətli yanğın başlayıb.

Sfera.az aznews.az-a istinadən xəbər verir ki, qəsəbə ərazisindəki qamışlıqda başlayan yanğın yaxınlıqda tikilən yaşayış evlərinə keçib. Yəxminən 6 evi bürüyən alov gedtikcə böyüyür. 

Yarım saata yaxın başlayan yanğının söndürülməsi üçün indilərdə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb olunub. 

 




OXŞAR XƏBƏRLƏR