Bakıda güclü yanğın: Onlarla ev təhlükədə

Bakıda güclü yanğın: Onlarla ev təhlükədə

Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində güclü yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, BakuPost.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın qəsəbədəki maşın təmiri sexlərindən birində qeydə alınıb. Belə ki, sexdə təmir üçün saxlanılmış 10 GA 462 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil qəfildən alışıb. Yanğın güclü olduğundan sexə yaxın yerləşən evlərdən birinə də sıçrayıb.

//yenicag.az/files/uploads/2017/08/yencag.az_2017-08-02_07-16-58.jpg 360w" sizes="(max-width: 501px) 100vw, 501px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Əməkdaşımızın sözlərinə görə, sex ərazidəki evlərə çox yaxın yerləşir. Evlər isə bir-birinə sıx şəkildə tikilib. Yanğın tez bir zamanda söndürülməzsə, yaxınlıqdakı onlarla evə keçmə ehtimalı yüksəkdir.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR