Hadİsə

Bakıda güclü partlayış: 2 ölü, 2 yaralı - YENİLƏNİB/FOTO

Bakıda güclü partlayış: 2 ölü, 2 yaralı - YENİLƏNİB/FOTO
Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ilkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.      

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir. 

Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir. 

 ***
15:54

Bakıda kafedə partlayış olub. 

Sfera.az bildirir ki, Binəqədi rayonu, "Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

AdRiver

XƏBƏR LENTİ