Hadİsə

Bakıda gənc oğlan evə gələn təmizlikçini zorlamaq istədi — Qadın özünü pəncərədən atdı + VİDEO

Bakıda gənc oğlan evə gələn təmizlikçini zorlamaq istədi — Qadın özünü pəncərədən atdı + VİDEO
Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.
Sfera.az "Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Faktı həmin binanın sakinləri də təsdiqləyiblər.

 

Sakinlərin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvana da sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib.

Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.



AdRiver

XƏBƏR LENTİ