Bakıda \"Gelandewagen\" aşıb, tıxac yaranıb
21:43 / 19.12.2018
5798
Bakıda zəncirvari qəza olub.
Sfera.az Trend-ə istinadən xəbərinə görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.
Qəzada iştirak edən hər üç avtomobil - "Mercedes C class”, "Mercedes S class” və "Gelandewagen” markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza nəticəsində "Gelandewagen” markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.