Bakıda “Gelandewagen” ağır qəza törədib - VİDEO
09:11 / 28.05.2019
2297
Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az ONA-ya istinadən xəbər verir ki, Azadlıq prospektində dairədə hərəkətdə olan "Mercedes ” markalı minik avtomobili yol hərəkəti qaydasını pozub.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Nəticədə, o Azadlıq prospekti ilə hərəkətdə olan 90-KP-804 dövlət nömrə nişanlı "KİA” markalı minik maşınına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.