Bakıda “Formula 1” yarışları ilə əlaqədar bu küçələr bağlanır

Bakıda “Formula 1” yarışları ilə əlaqədar bu küçələr bağlanır
2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik olunacaq.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Sfera.az-a verilən məlumata görə, bu məqsədlə paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq."Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqda bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR