Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel... - VİDEO, FOTOLAR

Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel... -  VİDEO, FOTOLAR
“Günəşli” yolunun üzərində yerləşən “Günəşli” oteli açıq-aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Təsadüfən bu yoldan keçən insanlar belə, otelin qapısı önündə “müştəri” çağıran qadınların “hücum”una məruz qalırlar. 
Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər. Otel adı ilə fəaliyyət göstərən “Günəşli” əslində, pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalırlar. Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur. 
Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə, avtomobillərə yaxınlaşırlar, oteldə belə bir “xidmət”in təklif olunduğunu deyirlər. 
Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir. Ən acınacaqlısı odur ki, otel “fəaliyyət”ə keçmək üçün gecə saatlarını da gözləmir. Yəni günün istənilən saatlarında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür. 
Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkdik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq, oteldə təklif olunan “xidmət”ləri sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdilər: “Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək..? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”.  
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.  (musavat.com)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...