Bakıda evə çağırılan “Təcili yardım”ın 60 yaşlı həkimi döyüldü
12:28 / 25.02.2019
2872
Bakıda "Təcili yardım” həkimi döyülüb.
"Report” xəbər verir ki, Nərimanov rayonu, Böyükşor qəsəbəsinə çağırışa gedən 6 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi 60 yaşlı Şakir Tarverdiyev ev sahibləri tərəfindən döyülüb.
Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.
Polis şikayətlə bağlı araşdırma aparır.