Bakıda evdən 11 min manatlıq oğurluq
Cəmiyyət
15:20 / 05.12.2019
3764
Bakıda ev qarət edilib.
Sfera.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Vunq-Ta küçəsi, ev 11, mənzil 73-də yaşayan 1964-cü il təvəllüdlü Ağasıyev Ağası Məhəmməd oğlunun evindən oğurluq olub.
O, polisə müraciət edərək bildirib ki, dekabrın 4-dü saat 10:30-dan 13:30-dək olan müddət ərzində yaşadığı mənzilin taxta qapısını sıxıb açmaqla 11400 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)