Bakıda evakuator qəzaya səbəb oldu: ölən var - Video

Bakıda evakuator qəzaya səbəb oldu: ölən var - Video

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb.

Videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib.

Belə ki, 90 NF 513 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus 90 JZ 887" dövlət qeydiyyat nişanlı MAN markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mersedes"in yoluna çıxıb. Nəticədə "Mersedes" evakuatorun arxa hissəsinə çırpılıb.

Qəza zamanı "Mersedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.

Qeud edək ki, hadisə sentyabrın 6-da baş verib. (report)

Sfera.az

DİGƏR XƏBƏRLƏR