Bakıda “AA” seriyalı maşının iştrakı ilə qəza: 4 avtomobil toqquşdu - FOTOLAR/YENİLƏNDİ

Bakıda “AA” seriyalı maşının iştrakı ilə qəza: 4 avtomobil toqquşdu - FOTOLAR/YENİLƏNDİ
 Bakıda dörd avtomobilin iştrakı ilə qəza baş verib.

Sfera.az xəbər verir ki, hadisə zamanı 90-AA-765 dövlət nömrə nişanlı "BMW 750" markalı avtomobilə, 10-MS- 522 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobilə və digər avromobillərə ciddi ziyyan dəyib. "Hunday" markalı avtomobilin xanım sürücüsü qəzada ağır xəsarət alıb.
 
Qəzanın baş vermə səbəbləri araşdırılır.
 
Xatırladaq ki, qəzada işrak edən 90-AA-765 dövlət nömrə nişanlı avtomobil bir neçə il əvvəl Neft Şirkətinə daxil olan "Azəriqaz”ın səlahiyyətli işçisi Əkbər Hacıyevə məxsus olub. Sözügedən avtomobilinin adam vurub məsuliyyətdən qaçması ilə bağlı mediada xəbərlər yayılmışıdı.
 
Hazırda həmin avtomobil ARDNŞ-in Nəqliyyat İdarəsinin əməkdaşı Ağayev Arif Xanağa oğluna məxsusdur.
 
Əlavə məlumat veriləcək.

Orxan 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR