Hadİsə

Bakıda dəhşətli qəza — Bir ailə həlak oldu

Bakıda dəhşətli qəza — Bir ailə həlak oldu
Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Sfera.az haqqın.az-a istinadən bildirir ki, qəza nəticəsində bir ailənin bütün üzvləri həlak olub.

Məlumata əsasən, 33 yaşlı İsmixan Əliyev "VAZ 2106” markalı maşını ilə Pirallahı istiqamətində hərəkət edərkən idarəetməni itirib və dirəyə çırpılıb. Zərbə nəticəsində sürücünün xanımı Sona Əliyeva və dörd aylıq qızı Rəna keçinib. Sürücü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
AdRiver

XƏBƏR LENTİ