Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadını öldürüb cəsədini yandırdı

Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadını öldürüb cəsədini yandırdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yandıraraq öldürən sabiq polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Apa xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Nizami Abbasov cinayət işində olan materiallarla tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası yanvarın 24-də davam etdiriləcək.

İttihama görə, S. Əliyev həyat yoldaşı olan əmisi qızı Natəvan Əliyevanı qətlə yetirdikdən sonra yandırıb. N. Əliyevanın yanmış meyidi ötən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində tapılıb.

N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

S. Əliyev isə Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru olub.

OXŞAR XƏBƏRLƏR