Bakıda dəhşətli hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA - HADİSƏNİN VİDEOSU

Bakıda dəhşətli hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA - HADİSƏNİN VİDEOSU
Bakının Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Sfera.az xəbər verir ki, baş verən hadisənin görüntülərini Baku.ws-in "qaynar xətti”nə göndəriblər.
 

Videodan da göründüyü kimi "Şəki” restoranı yaxınlığında iki nəfər mübahisə edib. Onlardan birinin əlində bıçaq var və o, həmin bıçaqla digərini vurur.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sorğusuya cavab olaraq bildirib ki, hadisə barədə məlumatları var.

"Yayılan vidoegörüntülərdən məlumatlıyıq, hadisə sentyabrın 11-də saat 10:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-cü il təvəllüdlü Əvəz Abbasova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə Nərimanov RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, - deyə qurum rəsmisi bildirib.
 E.Hacıyev əlavə edib ki, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, müalicə olunur:

"Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.”



OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS-la danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...