Krİmİnal

Bakıda dəhşətli ailə faciəsi: Arvadından “hörmət” tələb etdi və öldürdü

Bakıda dəhşətli ailə faciəsi: Arvadından “hörmət” tələb etdi və öldürdü
İyunun 20-dən 21-nə keçən gecə Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı vəfat edib.

 

Publika.az xəbər verir ki, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin Ədalət oğlu törədib. Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Qadın vəfat etdiyi üçün cinayət işi məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif ediləcək.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30