Bakıda dəhşət: kişi arvadını döyərək yandırdı
18:07 / 06.05.2019
2970
Səhiyyə Nazirliyi Maştağada əri tərəfindən döyülən və sonradan üstünə benzin təkülərək yandırılan qadının durumunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi xəbərə görə, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.
***
13:56
Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
ONA xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.
Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.