Bakıda dəhşət: Əri tərəfindən butulka ilə zorlanan, 500 manata satılan qadının \"əri\" danışdı

Bakıda dəhşət: Əri tərəfindən butulka ilə zorlanan, 500 manata satılan qadının \
Ceyhun Mehrəliyev: "Bu qadın tamamilə ağ yalan danışır və mənə böhtan atmaqla əsil həqiqəti gizlədir…”
"Onun qardaşının video müsahibəsi var, sizə təqdim edəcəyik, görün bacısı haqqında nələri danışır…”

Bu günlərdə elektron KİV-lərdə "Təmiz Dünya” ictimai birliyinin sığınacağına pənah aparmış bir qadının başına gələn dəhşətli hadisələr barədə hamını şoka salacaq məlumatlar və qadının özünün müsahibəsi yayımlanmışdı. Yalnız dəhşətli filmlərdə rast gəlinə biləcək və dilə gətirilməsi belə mümkün olmayan hadisələrin təfsilatı ilə danışılması, əri tərəfindən əvvəlcə butulka ilə zorlanıb sonra yad kişilərə 500 manata satılması və s. kimi iyrənc nağılvari detallar gerçəkdən narahatlıq doğururdu. Necə yəni əri tərəfindən butulka ilə zorlanıb??? Əgər əridirsə, daha burda nə zorlama cinayəti var? Yaxud, ərindən uşağı da varsa, doğrudanmı bu ər, oxuculardan min dəfə üzr istəyirik, onu zorlamağa başqa "predmet” tapa bilmirdi ki?!

 
 
Və bu kimi çoxsaylı suallar oxucuda istər-istəməz bu işgəncələrin təsirindən axıdılan göz yaşlarının şübhəli olması təəssüratını yaratmaya bilməzdi. Amma… Media nümayəndələrinə gəlincə, 6 illik işgəncə altında yaşadığını, hətta girov saxlanıldığını deyən bu qadından həvəslə müsahibə alarkən doğrudanmı düşünmürdülər ki, axı bunlar həqiqətdirsə, niyə vaxtında hüquq mühafizə orqanlarına şikayət edilməyib? Axı onun "əri” tərəfindən bu gün "Təzadlar”a göndərilmiş şəkillərindən də açıq görünür ki, zərərçəkən-işgəncələrə məruz qalan, butulka ilə zorlanan, başqa kişilərə satılan, "lapatka”nın sapı ilə döyülən bu qadın restoran və kafelərdə gəzir, kefi istəyən formada-pozalarla şəkil çəkdirir, əlində, hətta bu sətirlərin müəllifinin belə istifadəsində olmayan mobil telefonu vardır… Və o, dərhal DİN-nin 102 xidmətinə zəng edə bilərdi. Amma etməyib. Niyə etməyib? Bax məsələ də bundadır… Halbuki belə bir müsahibə və açıqlamaların ictimailəşməsi nə qədər uşaq və gəncin beynini zəhərləyib pis və yalnış addımlar atmasına itələmiş olur… Bunun fərqində olmaq lazımdır. Biz axı, cəmiyyətə nəyi təbliğ edirik: butulka ilə zorlamanı, əri tərəfindən 500 manata yad kişilərə satılmanı, 8 yaşında oğlanın zorlanmasını, 4 yaşında qız uşağının zorlanaraq ölümünə bais olunmanı??? Adam bəzi media nümayəndələrinin yerinə xəcalət çəkir. Çünki qeyri-peşəkarlıq cəmiyyəti onların naşı məlumatları ilə gerizehinliyə çəkib aparır…Nə isə… Biz "Təzadlar” olaraq bu hadisələri dərindən izlədik. Düşünürdük ki, həmin media nümayəndələri arvadını butulka ilə zorlayan əri də tapacaqlar, dindirəcəklər, amma bunlar baş vermədi. Bəs qarşı tərəfin mövqeyi niyə dinlənilmədi? Bu lazım deyildimi? Bəlkə bu daha şok xəbər başlığı olacaqdı! Olmadı. Amma biz arayıb-axtarıb həmin ailəni tapdıq. Söhbət adı öz arvadını butulka ilə zorlamada çəkilən Ceyhun Mehrəliyevdən gedir. Bəs mediada tirajlanan bu hadisənin əsil mahiyyəti necədir? Bəs Azərbaycanda ailə institutunun dağıdılmasına hesablanmış belə zərərli məlumat-xəbərlərin "baş qəhrəmanı” olan xanımın ittiham etdiyi "ər” kimdir, bu nə "qəhrəmanlıqdır”??? Ceyhun hər şeyi olduğu kimi izahlamağa söz verdi:
-Biz ailə olaraq şokdayıq ki, bu nədir başımıza gətirilir? Yaxşı bu qadının ağlı çaşıb, danışır, özünə bəraət qazandırmağa səy göstərir… Bəs onu danışdıran media işçiləri niyə hadisənin fərqində deyillər? Ən azı bizi dindirsəydilər, görərdilər ki, bu qadının danışdıqları detektiv filmlərin quraşdırılmış səhnəcikləridir, senarini quran da özüdür, filmi çəkən də…
 
-Ceyhun bəy, artıq məsələ məxfilikdən çıxıb, sizin ailənin adı çəkilir, video müsahibələr tirajlanmaqdadır. Odur ki, ailə olaraq sizin redaksiyaya zənginizdən başa düşdük ki, artıq "sandığı açıb pambığı yerə tökmək” fikrindəsiniz…
-Əlbəttə… Bu qadın bizə alternativ yol qoymadı. Biz əvvəlcə susduq, dedik yəqin getdiyi "Təmiz Dünya” ictimai birliyinin sığınacağında ona doğru yolun nə olduğunu anladarlar. Amma gördük yox, onlar sərhəddi keçdilər… Bəzən həyatda baş verən övlad bədbəxtliyi bir ailənin, nəslin faciəsinə gətirib çıxarır. Xüsusən də bu övlad axmaq bir qadınla rastlaşanda. Qısası, ailəmizə qulluqçu kimi daxil olan, özünü fağır, yazıq, kimsəsiz kimi göstərən bu qadın əsil simasını indi göstərir. Bu qadın sosial mediada və xüsusən də youtube-də həvəslə müsahibə verən … qadın Aidə Tomarxanovadır. Mən sizə hər şeyi olduğu kimi deyəcəyəm: O, əvvəlcə mənə zəng edərək (təsadüfi zəngi ilə) özünü əvvəlcə Gülçörə kimi təqdim edib, tanış olmaq istəyibdir. Məni maraq götürdü ki, onunla görüşür, kimliyini və telefonumu haradan öyrəndiyini bilmək üçün onu dilə tutum. Sonradan "Gülçöhrə” göz yaşları ilə mənə danışdı ki, bəs, Məhərrəm adlı evli bir kişi onu bir kirayə evdə dustaq saxlayır, indi ondan qurtulmaq üçün kömək edim. Açığı, onun göz yaşları mənə pis təsir etdi, ürəyim sıxıldı, ona yazığı gəldi. Anam xəstə olduğundan ev işlərini görməkdə çox əzab çəkirdi. İstədim ki, Aidəni bizim evə gətirim və bu barədə anama dedim ki, guya Aidə tanışımın arvadının rəfiqəsidir, evlərdə təmizlik işlərinə baxır, qoy bizim evdə də bu işlərdə sənə bir müddət kömək etsin, sonra çıxıb gedəcək… Anam əvvəlcə "yox” dedi. Mən xahiş edib dedm ki, ana, bu qadın ərindən ayrılıb, ata-anası ağır xəstədir, maddi köməyə ehtiyacı var, yazıqdır… Aidə həm də mənə demişdi ki, ailəsindən ayrılıb və qardaşları ilə darısqal bir evdə yaşayır, onu dolandırmırlar, incidir, döyürlər, ona görə də bu ev təmizləmə işi alınsa, ona böyük dəstək olar. Onun göz yaşları gerçəkdən ürəyimə insaf saldı və Aidəni evə gətirdim…
-Aidə sizin evinizə gəldi, onun şəxsiyyəti ilə maraqlanmadınızmı ki, kimdir, nəçidir, məqsədi nədir?
(Davamı var)
 
Sfera.az
 



 


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...