Bakıda DƏHŞƏT: 1 gecədə 2 gənc özünü eyni ÜSULLA ÖLDÜRDÜ
12:53 / 10.12.2018
2119
Ötən gecə Bakıda gənc oğlan intihar edib.
Xətai rayonu Gəncə prospekti 5 ünvanındakı binada kirayə yaşayan 1989-cu il təvəllüdlü Camal Hacıyev özünü mətbəxdə asaraq intihar edib. Onun anten naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verilib. Bildirilir ki, Camal Hacıyev evli olub.
Oxşar hadisə Sabunçuda da baş verib. Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı mənzildə özünü asaraq həyatına son qoyub. O, subay olub.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
/Publika.az