Bakıda daha bir kredit təşkilatı dollar kreditlərini manata çevirir
14:04 / 04.09.2015
1525
“FINCA-Azerbaijan” – bank olmayan kredit təşkilatı (BOKT) dollar kreditlərini ödəməkdə çətinlik çəkənlərə borcu manata çevirməyi və yeni kredit müqaviləsi bağlamağı təklif edir. Bu barədə təşkilatdan bildirilib: “Müştərilərə dollarla olan kreditlərin manata çevrilərək restruktrizasiyası (kreditin illik faiz dərəcəsinin 5% artırılması şərti ilə) təklif olunur. Müştərilərin hamısının restruktrizasiya etmələri üçün çevik imkanlar artırılıb”. Bu təkliflə razılaşmaq istəməyən, eləcə də hec cür razılıq əldə edilməyən müştərilərlə isə “FINCA-Azerbaijan” hüquqi dildə danışır. Yəni, problemli müştərilər məhkəməyə verilir və bu yolla vaxtı keçmiş borclar yığılır.