Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir

Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir
 Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edir. 

Bu barədə Sfera.az-a Agentlikdən bildirilib. 

Məlumatda deyilir ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar sabahdan xidmətə başlayacaq.

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.

Təşkil olunacaq ekspres xətləri

1. M3 Koroğlu m/st – 28 May m/st.

2. M4 20 Yanvar m/st – S.Vurğun bağı

3. M5 Koroğlu m/st – 20 Yanvar m/st

4. M6 Əhmədli m/st – S.Vurğun bağı

5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.

Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...