Bakıda bu yol müvəqqəti bağlanacaq

Bakıda bu yol müvəqqəti bağlanacaq

 Bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Bu barədə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
 
Qurum rəsmisi bildirib ki, sözügedən yolda rənglənmə işləri aparılacaq.
 
Sürücülərdən bu yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR