Bakıda bu tunelə radar quraşdırılıb? - Sürücülər təşvişə düşüb

Bakıda bu tunelə radar quraşdırılıb? - Sürücülər təşvişə düşüb

''Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, 70-i keçənləri çəkir''.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara hətta həmin radara düşən avtomobillərin şəkili də əlavə olunub.

Məlumat sosial şəbəkədə o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Məlumatda bildirilir ki, guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edib.

Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.

Məsələyə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirdi.

Sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var.

Bölmə rəisi sürücülərə tövsiyyə etdi ki, belə yanlış məlumatlar yaymaqdansa yollardakı sürət həddinə əməl etsinlər. Ən azından təhlükəsizlik baxımından.  


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...