Bakıda bu tərəflərə getməyin
13:02 / 13.02.2016
2639
Hazırda paytaxtda 4 yol bağlıdır.
NİİM-dən Milli.Az-a verilən məlumata görə, Niyazi küçəsində təmir işlərinin aparılması
ilə əlaqədar hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Eləcə də Heydər Əliyev prospektindən metronun "Koroğlu" stansiyası istiqamətində
Keşlə qəsəbəsindən keçən yol Davud Aslan küçəsi ilə kəsişmədə bağlanıb.
Bundan əlavə, İstiqlaliyyət küçəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolun
iki zolağı bağlıdır. Qeyd edək ki, bu yolun hələ 2 gün əvvəl açılacağını bildirmişdilər.
Qeyd edək ki, Ceyhun Səlimov küçəsi də ərazidə yeni metro stansiyasının tikintisi ilə
əlaqədar Hərbi hospitalın qarşısından 3-cü mkr dairəsi istiqamətində uzun müddətlik bağlıdır.