Bakıda bu məhsullar bahalaşıb - SİYAHI

Bakıda bu məhsullar bahalaşıb - SİYAHI
2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
 
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Ət məhsulları” qrupu 0,2 faiz, "Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, "Tərəvəzlər” qrupu 4,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, "Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, "Araq, brendi (konyak)” qrupu 3,4 faiz, "Çaxır” qrupu 0,9 faiz, "Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim” qrupu 0,3 faiz, "Ayaqqabı” qrupu 0,1 faiz, "Mebel və ev əşyaları” qrupu 0,1 faiz, "Məişət cihazları” qrupu 0,3 faiz, "Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, " Tibb təyinatlı digər məhsullar" qrupu 0,3 faiz, "Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, "Velosipedlər” qrupu 2,7 faiz, "Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, "Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, "İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı" qrupu 0,4 faiz, "Avtomobillərin təmiri” qrupu 0,7 faiz, "Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, "Mehmanxana xidməti” qrupu 1,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, "Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.
 
/Trend

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...