Hadİsə

Bakıda bu marşrutlar üzrə avtobusların hərəkət sxemində dəyişiklik edildi -SİYAHI

Bakıda bu marşrutlar üzrə avtobusların hərəkət sxemində dəyişiklik edildi -SİYAHI
İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi-Xudu Məmmədov küçəsi-Gəncə prospekti ilə hərəkət edəcək. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar  Məhəmməd Hadi küçəsi–Sarayevo küçəsi-Telnov küçəsi-Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələri xahiş olunur. 

XƏBƏR LENTİ