Bakıda bu küçələrdən keçməyə cəhd etməyin
09:56 / 16.02.2016
1140
NİİM-dən Milli.Az-a verilən məlumata görə, İlqar Musayev küçəsində, Yeni Günəşli qəsəbəsinə gedən və gələn yolda (qəbristanlığın yanı) su borusun dəyişdirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Bundan əlavə, artıq 3 gündür ki, Heydər Əliyev prospektindən metronun "Koroğlu" stansiyası istiqamətində Keşlə qəsəbəsindən keçən yol Davud Aslan küçəsi ilə kəsişmədə bağlanıb.
Qeyd edək ki, Ceyhun Səlimov küçəsi də ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar Hərbi hospitalın qarşısından 3-cü mkr dairəsi istiqamətində uzun müddətlik bağlıdır.