Bakıda bu 2 aptekdə narkotik tərkibli dərmanlar SATILACAQ

Bakıda bu 2 aptekdə narkotik tərkibli dərmanlar SATILACAQ
Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilib və bu istiqamətdə hazırda müvafiq işlər görülür.

Sfera.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.

T.Məmmədhəsənov bildirib ki, güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı prezident İlham Əliyevin müvafiq 292 saylı fərmanı ilə təsdiqlənmiş həmin dərmanların mülki dövriyyəsini məhdudlaşdıran və dövriyyəsinə xüsusi icazələrin verilməsi qanunu ilə tənzimlənir: " Fərmana əsasən, narkotik vasitələrə və psixotroplara aid olmayan güclü təsir edənlər və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı üçün xüsusi icazə Daxili İşlər Nazirliyi tərəfindən verilir. DİN bu işdə Səhiyyə Nazirliyinin də rəyini nəzərə alır".

T.Məmmədhəsənov deyib ki, bu dərmanların satışı üçün bütün əczaçılıq şirkətlərinə icazə verilməyəcək: "Qanunda da qeyd edilib ki, xüsusi icazələr yalnız aptek lisenziyası olan hüquqi və yaxud fiziki şəxslərə veriləcək. Yəni bütün əczaçılıq məntəqələrinə satış üçün icazə verilmir. Bu istiqamətdə Səhiyyə Nazirliyinə müraciət ediləcəyi təqdirdə nazirliyin rəyi nəzərə alınmaqla DİN tərəfindən xüsusi icazə veriləcək".

Mərkəz direktoru əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 2 aptek və 4 topdansatış əczaçılıq mərkəzi bu dərmanların satışı ilə məşğuldur: "Onlara xüsusi icazə verilib. Apteklərin hər ikisi də Nərimanov rayonu ərazisində yerləşir".

T.Məmmədhəsənov qeyd edib ki, hazırda bu dərmanların satışı ilə bağlı rəy verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunub: "Rəyin baxılma müddəti 10-15 gün çəkir. Həmin istiqamətdə hazırda müvafiq işlər görülür".


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...