Bakıda bir şillə ilə adam öldürdülər – YENİLƏNİB

Bakıda bir şillə ilə adam öldürdülər – YENİLƏNİB
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında münaqişə baş verib.
Münaqişə zamanı E.Əliyev sillə ilə A.İsmayılovu vurub. A.İsmayılov hadisə yerində ölmüşdür.
E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
11:50
Bakıda qəribə ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, dünən axşam Buzovna qəsəbəsində 1989-cu il təvəllüdlü Əliyev Elvin Aşur oğlu tanışı, 1970-ci il təvəllüdlü İsmayılov Aslan Əvəz oğlunu şillə ilə vurub. A.İsmayılov yıxılaraq ölüb.
E.Əliyev hadisə ilə bağlı özü polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.İsmayılov və E.Əliyev iş yoldaşı olub.

OXŞAR XƏBƏRLƏR