Hadİsə

Bakıda baş həkim adam öldürdü

Bakıda baş həkim adam öldürdü
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31