Bakıda banka basqın edən şəxsin FOTOSU

Bakıda banka basqın edən şəxsin FOTOSU
 Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edilib.

Sfera.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edərək tutub. Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib. 

OXŞAR XƏBƏRLƏR