Hadİsə

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
 
Trend///
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31