Krİmİnal

Bakıda bacılarını bıçaqlayıb öldürən şəxlə bağlı qərar verildi

Bakıda bacılarını bıçaqlayıb öldürən şəxlə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Sfera.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə qərar elan olunub. 

Qərara görə, M.Əlimanovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü M.Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, M.Əlimanov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb. (oxu.az)


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930