Bakıda bağ evinə basqın: 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl oğurlandı + VİDEO

Bakıda bağ evinə basqın: 75 min manat, 11 min dollar, 200 min manatlıq qızıl oğurlandı + VİDEO

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, dostu ilə əlbir olan şəxs yaxın qohumunun evini qarət edib. Onlar mənzildən 45 min 500 manat pul oğurlayıblar.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Ev sahibi olan ağsaqqal kişi, ərazi üzrə 29-cu polis bölməsinə məlumat verib ki, Nabrana istrahətə gedən vaxt mənzili naməlum şəraitdə qarət edilib.

Hadisə yerinə baxış keçirən polis müəyyən edib ki, evin qapısı və pəncərəsi qırılmayıb. Hətta evdəki digər əşyalar belə dağılmayıb. Polis çox çəkməyib ki, ev sahibinin yaxın qohumu Ramiz Ağayevi və onun dostu Ziyad Abdullayevi saxlayıb. Saxlanılan Ramiz Ağayev qohumunun evini qarət etməsini etiraf edib.

Paytaxtın Xəzər rayonunda isə evə basqın olub. Hadisə Buzovna qəsəbəsində baş verib. Basqınçılar qəsəbədə qapısı açıq olan evə daxil olaraq xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 min manat, 11 min dollar, habelə 200 min manat dəyərində qızıl əşyalar və ''Vinçester'' markalı tüfəngi quldurluq yolu ilə götürüb qaçıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər rayon polis idarəsi bu işdə şübhəli bilinən paytaxt sakini Elvin Piriyevi saxlayıb. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində isə tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...