Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı
13:30 / 06.11.2019
882
Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb.
Bu barədə Sfera.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.