Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 25-də Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi "Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.