Bakıda avtobuslar daşa basılıb - Yaralı var - FOTO

Bakıda avtobuslar daşa basılıb - Yaralı var -  FOTO

“BakuBus”un 3 avtobusu daşa basılıb.

Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib.

N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. 

N. Allahyarova açıqlamasında qeyd edib ki, hadisə zamanı avtobusların birində yaşlı qadın yaralanıb. Daş onun başı tərəfə atılıb. Nəticədə avtobusun şüşə qırıntıları onun gözünə girib. Hazırda xəstə ev şəraitində müalicə edilir.

“BakuBus”ın sözcüsü bildirir ki, mütəmadi olaraq həmin ərazidə avtobuslar dəfələrlə daşlanılıb: “ İndiyə qədər heç birində zərərçəkən olmamışdı. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Ərazidə olan kamera görüntüləri götürülüb. Həmin şəxslər indiyə qədər saxlanmayıb”. 

"Bakubus" sözçüsü bu cür neqativ hallara ətrafdakı vətəndaşlar tərəfindən də müdaxilə edilməsini xahiş edib: "İçərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun. “BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyan şəxslər törətdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər!".


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...