AdRiver
Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransı başlayıb. 
 
Sfera.az Apa-ya istinadən bildirir ki, konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua məruzə ilə çıxış edəcəklər. 
 
Açılış mərasiminin moderatoru ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev olacaq. 
 
Beynəlxalq konfransda "Qarşılıqlı faydalı əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi", "Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi, "Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği" mövzularında panellər təşkil ediləcək.

Beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunacaq. 
 


DİGƏR XƏBƏRLƏR


---