Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı - Qərar

Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı - Qərar
Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Bu gün Nəsimi rayon Məhkəməsində təqdimat təmin edilib.

Ramiz Taxvelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb.

Araşdırmalarla Adeliya Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib. Ramiz Taxveli tutulub.
Ona məxsus "Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

Qətlə yetirilən Adelya Taxveli "Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub. Onun anası Gənclər və idman naziri Azad Rəhimovun xalası qızıdır.

Qətli törədən Ramiz Taxveli isə "Buta Palas”ın art direktoru olub.

R.Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qızının övladıdır.

publika.az

OXŞAR XƏBƏRLƏR

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...