Bakıda ağır qəza: Motosiklet “Volkswagen”lə toqquşdu - FOTO
16:15 / 21.12.2019
2840
Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, olay zamanı motosiklet 99-UJ-693 dövlət nömrə nişanlı "Volkswagen”lə toqquşub.
Qəza Həsən Əliyev küçəsində qeydə alınıb. Olay zamanı motosikletin sürücüsü xəsarət alıb və çağırılan təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb. Şahidlər sürücünün boynunun qırıldığını bildiriblər.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.
Hadisədən sonra yolda tıxac yaranıb. (oxu.az)